Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları şəhid Veysəl Qasımovun anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları şəhid Veysəl Qasımovun anım mərasimində iştirak ediblər

31 il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Qasımov Veysəl Qasım oğlunun İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Anım mərasimində şəhidin ailə üzvləri, dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları və rayon sakinləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı da iştirak edərək şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə iştirak edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinə Allahdan rəhmət diləyiblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!