Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “COLD Fest” festivalında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “COLD Fest” festivalında iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının fəal üzvləri ATGTİ-nin 14 yaşı münasibətilə keçirilən “COLD Fest” festivalında iştirak ediblər.

Azərbaycan Respublikasının Gənclər Fondunun, Ağ Şəhər Bazar Meydanının dəstəyi və ATGTİ-nin təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən festivalda ATGTİ-nin sədri Pərviz Mirələmli, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev çıxış edərək tədbirin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra minlərlə gəncin iştirakı ilə keçirilən tədbir bədii hissə ilə davam edib.