Baş səhifə
Xəbərlər
Akademiya
Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb

Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb

Dekabrın 6-da 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb. Anım günündə Ülvi Hacıyevin ailə üzvləri, yaxınları, qazilər, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri də iştirak ediblər.

Akademiyanın bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, səbir diləyərək dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!