Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Meetup Days” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Gömrük Akademiyasında “Meetup Days” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

 Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Meetup Days” layihəsi çərçivəsində görüş keçirilib. Karyeralarını İT sahəsi üzrə qurmaq istəyən tələbələrə dəstək, eyni zamanda real iş mühitində verilmiş tapşırığın nəzəri şəkildə izahı ilə yanaşı, praktikada uğurla icra edilməsini göstərmək məqsədilə təşkil olunan görüşdə “Coders Azerbaijan” tədris mərkəzinin informasiya texnologiyaları ixtisası üzrə təlimçisi Hörmət Həmidov və Akademiyanın tələbələri iştirak ediblər.

Tədris mərkəzinin əməkdaşı Hörmət Həmidov proqramlaşdırmanın əsasları, kod yazılması, veb-sayt və oyunların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.