Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası başlayıb

Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.

Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelIyasiya komissiyası da fəaliyyət göstərir.

Qeyd edək ki, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası fevral ayının 2-də yekunlaşacaqdır.