Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi Açıq Respublika Çempionatının birincisi olub

Gömrük Akademiyasının tələbəsi Açıq Respublika Çempionatının birincisi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi "Ramana" İdman Mərkəzində keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş juboksing-citsu üzrə Açıq Respublika Çempionatında yüksək nəticə göstərib.

Azərbaycan Juboksing Citsu Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq ticarət və logistika ixtisasının IV kurs tələbəsi Həsən Əliyev uğurla iştirak edərək birinci yeri qazanıb.

Milli komandaya seçim xarakteri daşıyan, həmçinin paytaxtla yanaşı müxtəlif bölgələri təmsil edən uşaqların, yeniyetmələrin, gənclərin və böyüklərin qoşulduğu yarışda 71 kq çəki dərəcəsində mübarizə aparan DGKA-nın tələbəsi rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.