Baş səhifə
Xəbərlər
Akademiya
Təkrar ali təhsil üzrə DGKA-ya qəbul olunmuş tələbələrlə görüş keçirilib

Təkrar ali təhsil üzrə DGKA-ya qəbul olunmuş tələbələrlə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü tədris ilində təkrar (ikinci) ali təhsil istiqaməti üzrə Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisaslarına qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın tədris prosesi, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verərək təhsil müddətində əldə ediləcək bilik və bacarıqların tələbələrin xidməti fəaliyyətlərinə önəmli töhfə verəcəyini əminliklə qeyd edib.

Qeyd edək ki, bu il təkrar ali təhsil almaq üçün Gömrük Akademiyasına 41 nəfər qəbul olunub.