Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib

Gömrük Akademiyasında tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib.

Seminarların əsas məqsədi seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Görüşlərdə MSK Katibliyinin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov və MSK üzvü İlham Məmmədov tərəfindən gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.