Baş səhifə
Xəbərlər
Akademiya
Bu gün Gömrük Akademiyasının əməkdaşı Əfqan Əliyevin 60 yaşı tamam olur

Bu gün Gömrük Akademiyasının əməkdaşı Əfqan Əliyevin 60 yaşı tamam olur

Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı Əfqan Əliyevin 60 yaşı tamam olur. Bu münasibətlə Akademiyanın rəhbərliyi və əməkdaşları təcrübəli gömrük əməkdaşı olan Əfqan Əliyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayıblar.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Əfqan müəllimin nəcib insani keyfiyyətlərə malik peşəkar gömrük əməkdaşı olduğunu vurğulayaraq ona gömrük orqanlarında uzunmüddətli fəaliyyətinə, gömrük işinin təşkilinə verdiyi töhfələrə görə təşəkkür edib.

Akademiyanın əməkdaşı Əfqan Əliyev ona göstərilən diqqətə və verilən dəyərə görə minnətdarlığını bildirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi adından Əfqan müəllimi yubileyi münasibətilə bir daha təbrik edir, ömrünün bu müdriklik çağında ona möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətində yeni müvəffəqiyyətlər diləyirik!