Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri ATGTİ tərəfindən təltif olunublar

Gömrük Akademiyasının tələbələri ATGTİ tərəfindən təltif olunublar

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 2 fevral Gənclər Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” adlı tədbir təşkil olunub. Tədbir çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

Forumda Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Osman Müşəyev 2023-cü il ərzində Tələbə Gənclər Təşkilatının fəaliyyəti çərçivəsində ölkə gənclər siyasətinin təşkilinə verdiyi xüsusi töhfəyə görə ATGTİ tərəfindən Fəxri fərmanla təltif olunub. TGT-nin sədr müavini Təvəkkül Hacıyev isə “İlin TGT nümayəndəsi” nominasiyası üzrə sertifikata layiq görülüb.

Hər iki tələbəmizi təbrik edir və uğurlar arzulayırıq!