Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Gənclər Günü münasibətilə keçirilən yürüşdə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Gənclər Günü münasibətilə keçirilən yürüşdə iştirak ediblər

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə yürüş təşkil olunub. Yürüşdə ATGTİ-nin, Gənclər Təşkilatlarının nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Gənclər Fəxri xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gənclər vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.