Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları “Scopus” və “ScienceDirect” bazalarının istifadəsi ilə bağlı təlimdə iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları “Scopus” və “ScienceDirect” bazalarının istifadəsi ilə bağlı təlimdə iştirak ediblər

Azərbaycan Texniki Universitetində (AzTU) akademik informasiya bazaları üzrə aparıcı şirkət olan “Elsevier” şirkətinin “Scopus” və “ScienceDirect” bazaları üzrə təlim keçirilib. Ölkədə bu akademik bazalardan istifadə imkanını artırmaq məqsədilə keçirilən təlimdə müxtəlif ali təhsil müəssisələrinin müəllim, tətqiqatçıları və kitabxanaçıları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əməkdaşları da iştirak ediblər.

Əvvəlcə AzTU-nun tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli təlimin önəmindən danışıb.

Sonra “Elsevier” şirkətinin bölgə üzrə baş meneceri Ayhan Saracoğlu tərəfindən “Scopus” və “ScienceDirect” bazalarına ümumi baxış, onların əhatə dairəsi, istifadə imkanları, hər iki bazanın tətbiq etdiyi yeniliklər barəsində ətraflı məlumat verilib, praktiki tətbiqlər həyata keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Gömrük Akademiyasında da dünyanın ən böyük elmmetrik bazası olan “Scopus” və “ScienceDirect” tammətnli akademik bazasına çıxış imkanı təmin edilib. Bu bazalar Akademiyanın professor-müəllim və tələbə heyətinin tədqiqat obyektini genişləndirməyə və fəaliyyətini asanlaşdırmağa yardım edəcəkdir.