Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Memorial Soyqırım Muzeyində olublar

Gömrük Akademiyasının tələbələri Memorial Soyqırım Muzeyində olublar

Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “İncəsənət” klubunun təşkilatçılığı ilə tələbələrin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunub.

Gənc nəslin milli ruhda yetişməsi məqsədilə təşkil edilən ziyarət zamanı iştirakçılar Xocalı soyqırımına həsr olunmuş stendlərlə tanış olub, soyqırımın tarixi faktları haqqında ətraflı məlumatlandırılıblar.