Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi “Təhsilin İnkişafında İnnovativ Metodlar II” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb

DGKA-nın tələbəsi “Təhsilin İnkişafında İnnovativ Metodlar II” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Aysel Məmmədova Təhsilin İnkişafı Fondu tərəfindən yerli ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləməkdir.

2 mərhələdən ibarət olan müsabiqədə tələbələr təhsildə inklüzivlik, təhsildə nəticəyönlü idarəetmə, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi, qeyri-formal və informal təhsil və s. mövzularda ideya və təkliflərlə çıxış ediblər.