Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş yarışda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş yarışda iştirak ediblər

“Çətir” proqramı İntellektual oyun klublarının şəbəkəsi daxilində Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Bakı Avrasiya Universitetinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının TGT-lərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 19-cu ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual turniri keçirilib.

21 ali və orta təhsil müəssisələrinin komandaları arasında baş tutan yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası da uğurla iştirak edib.

Sonda qalib komandalar medal, sertifikat və kubokla mükafatlandırılıblar.