Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında kibertəhlükəsizliklə bağlı təlim keçirilib

Gömrük Akademiyasında kibertəhlükəsizliklə bağlı təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Azərbaycan kibertəhlükəsizlik qanunvericiliyi və kibercinayətkarlıq’’ mövzusunda təlim keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən təlim Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX)-nin şöbə müdiri Nadir Novruzov tərəfindən təqdim edilib.

Təlimdə Nadir Novruzov iştirakçılara təmsil etdiyi qurumun kibertəhlükəsizlik sahəsindəki fəaliyyətindən bəhs edərək “Kibercinayətkarlıq haqqında”  konvensiya, təcrübə proqramları, uğurlu karyera quruculuğu barəsində məlumat verib.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.