Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri – Sabunçu rayonu Maştağa qəsəbəsi şəhidi Piriyev Raul Zabid oğlunun anım mərasimində iştirak edərək şəhidin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Əməkdaşlar Akademiyanın kollektivi adından ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhid Raul Piriyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Raulun timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Anım günü münasibətilə keçirilən tədbir daha sonra bədii hissə ilə davam edib.

Tədbirdə Akademiyanın Hüquqşünaslıq ixtisasının tələbəsi Ramazan Əsgərxanov Vətən qəhrəmanlarına həsr edilən şeir səsləndirib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!