Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri kriptoqrafiya üzrə keçirilən yarışda uğurla iştirak ediblər

Gömrük Akademiyasının tələbələri kriptoqrafiya üzrə keçirilən yarışda uğurla iştirak ediblər

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin dəstəyi, “Unifybytes” və “İnterprobe” şirkətlərinin tərəfdaşlığı ilə kriptoqrafiya sahəsində təşkil edilmiş təlimlərin sonunda “CTF yarışı” keçirilib. Yarışda digər ali təhsil müəssisələrinin informasiya təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

İştirakçılara kriptoqrafiya sahəsində müxtəlif mövzular üzrə tapşırıqlar verilib. Tələbələr müxtəlif təcrübi tapşırıqları həll etməklə 4 nəfərlik komandalar şəklində mübarizə aparıblar. 14 ali təhsil müəssisəsi arasında keçirilən yarışda Akademiyanın tələbələri ilk beşlikdə yer alıblar.

Yarışın sonunda AKTA rəhbərliyi və dəvətli qonaqlar tərəfindən qaliblərə və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.