Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

Xəbərlər

Bütün xəbərlər

Gömrük Akademiyasının tələbələri bədii yaradıcılıq müsabiqə-festivalında uğurla iştirak ediblər
Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Heydər Əliyev sarayında baş tutan tədbirdə digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri də iştirak ediblər. Müsabiqə-festivalının birinci mərhələsində ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələsində isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar. Tələbələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilən tədbirdə digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Akademiyanın tələbələri də incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə respublika üzrə 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbənin qatıldığı festivalda nümayiş olunan şeir, rəqs, musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

10.05.2024

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

Sözlük

Gömrük rüsumları -- Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər.